• Bakı 20° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Ali məktəblərə və kolleclərə sənəd qəbulu bitdi

CƏMİYYƏT

16 Mart 2023 | 10:41

Ali məktəblərə və kolleclərə sənəd qəbulu bitdi

Ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb.

Bakıvaxtı.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, martın 1-dən başlayan sənəd qəbulu martın 15-i saat 23:59-da başa çatıb.

Ümumilikdə, ali təhsil müəssisələrinə sənəd verənlərin sayı 101489 olub. Onlardan 92544-ü Azərbaycan, 8945-i isə rus bölməsi üzrədir.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu verənlərin sayı isə 89416-dır. Onlardan 83740-ı Azərbaycan, 5676-sı rus bölməsi üzrədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026