• Bakı 21° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Dövlət-din münasibətlərinin mahiyyətinə dair tədbirlər keçiriləcək

SİYASƏT

13 Fevral 2025 | 11:05

Dövlət-din münasibətlərinin mahiyyətinə dair tədbirlər keçiriləcək

Daxili Qoşunların hərbi hissələrində dövlət-din münasibətlərinin mahiyyətinə dair tədbirlər keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2025-ci il üçün birgə Tədbirlər Planı imzalanıb.

Bildirilib ki, Daxili Qoşunların hərbi hissələrində milli birliyi və həmrəyliyi gücləndirmək, xalqın milli-mənəvi və mədəni dəyərlərinə bağlılığı artırmaq məqsədilə milli-mənəvi dəyərlərin qorunması, dini inancların Azərbaycan xalqının adət-ənənələri ilə ahəngdar şəkildə inkişafı da izah ediləcək.

Eyni zamanda cari il ərzində hərbçilər arasında tolerantlıq və multikultural dəyərlərin təbliği, dinlər, məzhəblər arasında dialoqun əhəmiyyəti, dini radikalizm, ekstremizmin təzahür formaları və təhlükələri, bunlardan qorunma yolları barədə də maarifləndirici tədbirlər təşkil olunacaq.


SON XƏBƏRLƏR

08 May 2025