• Bakı 20° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Dövlət Komitəsi elan etdiyi tenderə - YEKUN VURDU

CƏMİYYƏT

12 Fevral 2022 | 13:07

Dövlət Komitəsi elan etdiyi tenderə - YEKUN VURDU

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tenderin qalibini elan edib.

Bakıvaxtı.az xəbər verir ki, Dövlət Komitəsi 2022-ci il əlamətdar günlər üzrə fəaliyyət istiqamətindən irəli gələn məsələlər ilə əlaqədar tədbirlərin təşkili ilə bağlı elan etdiyi tenderdə iştirak edən iddiaçıların qiymət təkliflərini qiymətləndirib.

Açıq tenderin qalibi "Aqrolayn Qrup" MMC olub.

Dövlət Komitəsi qalibə 182 min 900 manat ödəyəcək.

Tədbirlər planına 8 Mart “Beynəlxalq Qadınlar Günü”nə həsr edilmiş aksiyaların keçirilməsi, Novruz bayramı münasibəti ilə tədbirin təşkili, 21 mart tarixini “Ümumdünya Daun Sindromlu İnsanlar” Günü, Ulu öndər Heydər Əliyevin 99-cu il dönümünə həsr olunmuş müsabiqənin keçirilməsi, 15 May Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbirin keçirilməsi, 28 may Respublika Günü Münasibətilə sərginin təşkili və Milli Mətbuat Günü ilə əlaqədar tədbir nəzərdə tutulub.    

Ramid İbrahimov 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR