Azərbaycanın keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərova məxsus şirkət məhkəməyə verilib.
Bakıvaxtı.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi “İmprotex Group” MMC-yə daxil olan “İmprotex Motors” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən protokol tərtib edərək Nəsimi Rayon Məhkəməsinə göndərib.
Həmin maddəyə görə, malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Ramid İbrahimov
















