Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “Çap xidmətlərinin satın alınması” ilə bağlı tenderin nəticəsini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, tenderin qalibi “Premium Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Qalib şirkətlə 26 min 426 manat dəyərində müqavilə imzalanıb.
Tenderin şərtlərinə görə, sözügedən şirkət Agentliyi 655 ədəd “Təşəkkürnamə” (sertifikat), 650 ədəd parça çanta və 800 ədəd kağız çanta ilə təmin edəcək.
İbRa
















