• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Tiktok"  Azərbaycandan yüklənmiş 400 minə yaxın videonu sildi

CƏMİYYƏT

05 Iyul 2023 | 16:31

"Tiktok" Azərbaycandan yüklənmiş 400 minə yaxın videonu sildi

Bu ilin I rübündə “TikTok” Azərbaycandan yerləşdirilmiş 390 223 videonu platformasından silib.

Bakıvaxtı.az xəbər verir ki, bunu şirkətin Şərqi Avropa və Mərkəzi Asiya üzrə kommunikasiya xidmətinin rəhbəri Kristina Eremeeva bildirib.

Onun sözlərinə görə, bu videoların 80,1%-i yükləndikdən sonra 24 saat ərzində silinib. Bundan başqa, silinmələrin 95,2%-i isə proaktiv qaydada baş tutub.

K.Eremeeva həmçinin deyib ki, rüb ərzində dünya üzrə 91 003 510 video silinib ki, bunun da 89,9%-i yerləşdirildikdən sonra 24 saat ərzində baş verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026