• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Taleh Kazımov II “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşdü

CƏMİYYƏT

04 Avqust 2023 | 16:04

Taleh Kazımov II “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşdü

Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov II “Yüksəliş” müsabiqəsinin qalibi Emil Məmmədli ilə mentorluq proqramı çərçivəsində növbəti dəfə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bunu sədr tviter hesabında bildirib.

"Görüşdə AMB-nin ölkədə maliyyə sabitliyinin təmin olunması, maliyyə sektorunun müasir tələblərə cavab verməsi istiqamətində gördüyü işlərə dair fikir mübadiləsi apardıq, müsabiqə qalibi üçün hazırlanmış fərdi inkişaf proqramı əsasında AMB-nin həyata keçirəcəyi fəaliyyətlər və layihələrdə iştirak perspektivlərini müzakirə etdik", - deyə o qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR