• Bakı 11° C

    11.84 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxslər saxlanılıb

HADİSƏ

15 Aprel 2025 | 12:05

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxslər saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxslər saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, aprel ayının 12-də “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində 1 nəfər (1996-cı il təvəllüdlü Shahroz Muhammad Pakistani), “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Rusiya Federasiyası istiqamətində isə 4 nəfər (2006-cı il təvəllüdlü Haider İrfan Ali Vahab, 1994-cü il təvəllüdlü Rehman Zaid Jamil Abdul, 2002-ci il təvəllüdlü Hüssain Rahid Hüssain Hamid, 2003-cü il təvəllüdlü Asif Muhammed Noor) Pakistan İslam Respublikası vətəndaşı, “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində 1 nəfər Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı (1990-cı il təvəllüdlü El Haouati Mohammad) dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılmışdır.

    Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qeyri-qanuni yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilmişdir.

    Faktlar üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.


    SON XƏBƏRLƏR

    16 Aprel 2025