Gəncə şəhərində xəstəxanalardan birinə müayinəyə gedən qadın tibb müəssisəsində ölüb.
Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1966-cı il təvəllüdlü Ramilə Bayramova xəstəxanada müayinədən keçərkən həyatını itirib.
Hazırda qadının hansı səbəbdən vəfat etməsi ilə bağlı araşdırma başlanılıb.
Qeyd edək ki, R. Bayramovanın 4 övladı var.