“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Füzuli, Cəbrayıl və digər şəhərlərdə yaşayış komplekslərinin tikintisinin video çəkilişlərinin aparılması və çəkilişlərin rəqəmsal formada arxivləşdirilməsi işlərinin satınalınması ilə bağlı keçirdiyi tenderə yekun vurub.
Bakıvaxtı.az xəbər verir ki, tenderin qalibi “RA-STUDİO” MMC-dir.
Qalib şirkətlə 94 min 225 manat dəyərində müqavilə imzalanacaq.
Tenderin şərtlərinə görə, video arxiv üçün yaşayış komplekslərinin çəkilişi, arxivləşdirilməsi və sərt disklərdə saxlanılması işləri, foto arxiv üçün çəkiliş, onun arxivləşdirilməsi və sərt disklərdə saxlanılması işləri və animasiya çarxların hazırlanması və sərt disklərdə saxlanılması işləri nəzərdə tutulub.
Ramid İbrahimov