• Bakı 19° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Dövlətə 1.5 milyon manat ziyan vuran MN rəsmisinin məhkəməsi davam edir

CƏMİYYƏT

27 Fevral 2024 | 17:04

Dövlətə 1.5 milyon manat ziyan vuran MN rəsmisinin məhkəməsi davam edir

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı daha bir məhkəmə başlayır.

Bakıvaxtı.az xəbər verir ki, cinayət baş verən dövrdə bir neçə hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş Sadiq Hacıyevin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

İttihama görə, S.Hacıyevin cinayət əməli nəticəsində dövlətə 1 milyon 500 min manat ziyan dəyib. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) istintaqın əvvəlində ona ziyanı ödəməsi üçün şərait yaradıb, həbsi tələb edilməyib. Lakin Hacıyev bu şansdan istifadə etməyib. Dövlətə dəymiş ziyan ödənilmədiyinə görə onun haqda həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində DTX tərəfindən Müdafiə Nazirliyindəki qanun pozuntuları ilə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.

İstintaqın gedişində nazirliyin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə idarəsinin rəisi olmuş Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin sabiq Maliyyə idarəsi rəisi Vüsal Əlizadə, Təlim və Tədris Mərkəzinin maliyyə xidmətinin rəisi Rəşad Məlikzadə və digər şəxslər həbs edilib.


SON XƏBƏRLƏR