• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

"Mövlud öz missiyasını yerinə yetirib getdi" - Əlisəmid Kür

CƏMİYYƏT

28 Mart 2024 | 15:47

Mövlud öz missiyasını yerinə yetirib getdi - Əlisəmid Kür

"Mövlud öz missiyasını yerinə yetirib getdi".

Bu sözləri şair Əlisəmid Kür ötən ay vəfat edən Xalq yazıçısı Mövlud Süleymanlı barədə Bakıvaxtı.az-a danışarkən bildirib.

Şair Mövlud Süleymanlı ilə görüşlərindən birini xatırlayıb:

"Onunla görüşlərdən birində mənə dedi ki, Əlisəmid, sənin şeirlərini oxudum. Heç bir şairimizdə səndəki damar yoxdur. Çalış o damarı itirmə. İnsan yorulur, yaşlaşır. Mövlud gəldi, öz missiyasını yerinə yetirib getdi. "Bulaq" verilişini açdı. Bu, ondan sonrakı nəslin yetişməsində böyük rol oynadı. Mövlud ən sevdiyim yazıçılardan sonuncu idi. Mənim üçün onun ən gözəl əsəri “Köç”dür".

Əlisəmid Kür işğaldan azad olunmuş ərazilərimizə edilən səfərlərdən də söz açıb:

"Sonuncu dəfə Şuşaya getmişəm.Cıdır düzündə təşkil olunan "Poeziya gecələri"ndə dedim burada gəzmək azdır. Qanadlanıb, uçub buranın torpağını öpmək lazımdır. Buranın hər qarışı qandır. Dəvət alanda da Şuşaya təşkil olunan bütün səfərlərdə iştirak edirəm" .

Günəş Mərd


SON XƏBƏRLƏR

26 Aprel 2024