• Bakı 23° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

DTX Naxçıvan SN-də araşdırmalara başlayıb

CƏMİYYƏT

15 Aprel 2025 | 11:58

DTX Naxçıvan SN-də araşdırmalara başlayıb

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda dövlət vəsaitlərinin və əmlakının idarə olunması sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması və Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş məktub ilə əlaqədar həmin materiallar DTX-yə göndərilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ında əksini tapıb.

    Dövlət Təhlükəsizlik Xidmətindən daxil olmuş məlumatlara əsasən, 1 audit üzrə aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Iyun 2026