• Bakı C

    12.21 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

DTX-nin rəisi: "Azərbaycanda sabitlik və əmin-amanlıq etibarlı şəkildə qorunub saxlanılır"

SİYASƏT

28 Mart 2023 | 19:09

DTX-nin rəisi: Azərbaycanda sabitlik və əmin-amanlıq etibarlı şəkildə qorunub saxlanılır

"Azərbaycanda sabitlik və əmin-amanlıq etibarlı şəkildə qorunub saxlanılır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104-cü ildönümü və peşə bayramı ilə əlaqədar keçirilən tədbirdə deyib.

General-polkovnik Əli Nağıyev bildirib ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında və birbaşa göstərişləri əsasında fəaliyyətini müasir çağırışların tələblərinə uyğun qaydada quran DTX-də bu gün də Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında təməlini qoyduğu peşəkarlıq məktəbi layiqincə davam etdirilir, Azərbaycanda sabitlik və əmin-amanlıq etibarlı şəkildə qorunub saxlanılır.

DTX-nin maddi-texniki bazasının daha da möhkəmləndirilməsindən, əməkdaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından və sosial müdafiəsinin gücləndirilməsindən də bəhs edən Xidmət rəisi bütün bunların dövlət başçısının dəstəyi nəticəsində mümkün olduğunu söyləyib.


SON XƏBƏRLƏR

18 Mart 2024