Ötən sutka Fövqəladə Hallar Nazirliyi tərəfindən 41 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirliyin Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən görülmüş tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 11 nəfər, o cümlədən avtoqəzalar zamanı 6 nəfər xilas edilib. Həmçinin, 3 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.




jpg-1667203300.webp)











