• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dövlət Komitəsi kənd təsərrüfatı şirkətini CƏRİMƏLƏDİ

CƏMİYYƏT

31 Oktyabr 2022 | 10:39

Dövlət Komitəsi kənd təsərrüfatı şirkətini CƏRİMƏLƏDİ

Aqrotexnikların satışı, servisi və Damazlıq Heyvanların tədarükü ilə məşğul olan “UMUT AGRO” MMC cərimələnib.

Bakıvaxtı.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi “UMUT AGRO” barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi əsasında inzibati protokol tərtib edərək işi Gəncə Şəhər Məhkəməsinə göndərib.

Həmin maddədə bildirilir ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

İbRa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026