• Bakı 11° C

    12.67 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Vasif Talıbovun qardaşı saxlanılıb? - YENİLƏNİB

CƏMİYYƏT

29 Noyabr 2022 | 22:34 | Müəllif: Subhan Mahmudov

Vasif Talıbovun qardaşı saxlanılıb? - YENİLƏNİB

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbovun qardaşı, Naxçıvan MR prokurorunun müavini Məhərrəm Talıbovun saxlanılması barədə xəbərlər əsassızdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-ya hüquq mühafizə orqanlarından bildirilib.

Qeyd edək ki, bu gün bəzi media orqanları tərəfindən M.Talıbovun saxlanılması barədə məlumatlar yayılıb.

 

***21:49

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun saxlanılması barədə xəbər yayılıb.

Bakıvaxtı.az Gununsesi.info-ya istinadən xəbər verir ki, Məhərrəm Talıbov Naxçıvandakı anti-korrupsiya əməliyyatlarına görə dindirilməsi üçün Bakıya gətirilib.

Məhərrəm Talıbovun mobil telefonuna zəngə başqa şəxsin cavab verməsi bu şübhələri daha da artırıb.

Bununla belə Talıbovun prokurorluq əməkdaşı olmasını nəzərə alsaq, o zaman onun yalnız prokurorluq tərəfindən saxlanılması mümkündür. Çünki qanunvericiliyə görə, prokurorluq əməkdaşının həbsini yalnız Baş Prokurorluq özü həyata keçirə bilər.

Qeyd edək ki, Məhərrəm Talıbov Naxçıvan Prokurorluğunda müavin vəzifəsini daşıyır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026