• Bakı 24° C

    15.6 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Kərim Vəliyev ABŞ-da Milli Qvardiya Bürosunun rəisi ilə görüşdü

CƏMİYYƏT

30 Noyabr 2022 | 10:07

Kərim Vəliyev ABŞ-da Milli Qvardiya Bürosunun rəisi ilə görüşdü

Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ABŞ Milli Qvardiya Bürosunun rəisi general Daniel Hokanson ilə görüşüb.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, tərəflər "Ştatla Tərəfdaşlıq Proqramı" çərçivəsində hərbi əməkdaşlığın cari vəziyyəti və perspektivlərini, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Görüşdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfiri Xəzər İbrahim də iştirak edib.
 


SON XƏBƏRLƏR

05 Iyul 2025