Son sutkada dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 1 milyon 646 min nəfərdən çox olub.
Bakıvaxtı.az “worldometers.info” saytına istinadən xəbər verir ki, ötən sutka ərzində 1 milyon 646 min 471 nəfər yeni koronavirusa yoluxub. Bununla da yoluxanların ümumi sayı 443 milyon 707 min 485-ə çatıb.
Son 24 saat ərzində dünyada 8 min 1 nəfər isə pandemiyanın qurbanı olub. Ümumilikdə, COVId-19-dan ölənlərin sayı 6 milyon 9 min 304 nəfərə çatıb.
Ötən sutka ərzində virusa ən çox yoluxma halı (266 min 838 nəfər) Cənubi Koreyada və bu xəstəlikdən ölüm faktı (1454 nəfər) isə ABŞ-da qeydə alınıb.
Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (80,8 milyon), Hindistan (42,9 milyon), Braziliya (28,9 milyon), Fransa (22,9 milyon), Böyük Britaniya (19,1 milyon), Rusiya (16,7 milyon), Almaniya (15,5 milyon) və Türkiyədə (14,2 milyon) qeydə alınıb.
Aytac Aslan
















