• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

ABŞ Rusiyanın Ukraynaya yeni hücumu barədə xəbərdarlıq etdi

DÜNYA

04 Aprel 2022 | 09:02

ABŞ Rusiyanın Ukraynaya yeni hücumu barədə xəbərdarlıq etdi

Rəsmi Moskvanın Kiyevdən qoşunları çıxarması barədə açıqlamasına baxmayaraq, Ukraynada müharibə “başa çatmaqdan çox uzaqdır”.

Bakıvaxtı.az ABC telekanalına istinadən xəbər verir ki, bu barədə Ağ Evin administrasiya rəhbəri Ron Kleyn xəbərdarlıq edib.

“Putinin sadəcə olaraq ölkənin şimal hissəsindən qoşunlarını geri çəkməklə onları ölkənin şərqinə köçürərək orada döyüş əməliyyatlarını bərpa etməsi barəsində çoxlu sübutlar var”, - Kleyn telekanala müsahibəsində bildirib.

O, ABŞ-ın Ukraynaya şərqdəki ərazilərə nəzarəti saxlamaq səylərində kömək etməyə hazır olduğunu təsdiqləyib.

“Prezident Zelenskinin dediyi kimi, bu (Rusiya Federasiyasının Ukraynanın şərq rayonlarını ələ keçirməsi, Kiyev isə qalan ərazilərə nəzarəti özündə saxlaması üçün – red) onun üçün qəbuledilməzdir və biz ona hərbi, iqtisadi, humanitar yardım göstərəcəyik”, - Ağ Ev rəsmisi əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026