• Bakı 12° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Hindistanda yüksək hava temperaturu ölümlərlə nəticələndi

DÜNYA

03 May 2022 | 22:18

Hindistanda yüksək hava temperaturu ölümlərlə nəticələndi

Hindistanın Maharaştra əyalətində havanın temperaturu son 6 ilin ən yüksək səviyyəsinə çatıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, istilər nəticəsində 25 nəfər həyatını itirib.

Səhiyyə Nazirliyi bildirir ki, 2022-ci ildə may ayının əvvəlinə kimi 381 isti vurma hadisəsi qeydə alınıb.

Son həftələr yarımadanın bir çox yerlərində, xüsusilə Hindistan və Pakistanda temperatur təhlükəli dərəcədə yüksək olub.

Aprelin 28-də Hindistanın paytaxtı Dehlidə havanın temperaturu 40 dərəcədən yuxarı qalxıb. Ölkənin şərqindəki Odişa əyalətində məktəblər bir həftə bağlanıb.

Ölkənin bir çox bölgəsində havanın temperaturunun 45 dərəcəni keçdiyi bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026