Qırğızıstan səhiyyə naziri Alımkadır Beyşenaliyev xüsusi təyinatlılar tərəfindən saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Dövlət qurumları saxlanılma səbəbini açıqlamır.
Qırğızıstan Baş Prokurorluğu və ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi hazırda bu məsələni şərh etmir. Respublikanın Səhiyyə Nazirliyinin də bununla bağlı məlumatı yoxdur.
















