• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Putin bu tarixdə Ukraynaya müharibə elan etməyi planlaşdırır

DÜNYA

04 May 2022 | 00:36 | Müəllif: Qalib İbrahimoğlu

Putin bu tarixdə Ukraynaya müharibə elan etməyi planlaşdırır

Rusiya prezidenti Vladimir Putin mayın 9-da Ukraynaya rəsmən müharibə elan edə bilər.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə CNN Qərb rəsmilərinin bəyanatlarına istinadən xəbər verir.

Məlumata görə, bu, ona Rusiyada ümumi səfərbərlik keçirməyə və ehtiyat qüvvələrdən istifadə etməyə imkan verəcək.

Kanal Böyük Britaniyanın müdafiə naziri Ben Uollesdən sitat gətirir. Bir neçə gün əvvəl LBC Radiosuna müsahibəsində o, Putinin Ukraynadakı hərbi əməliyyatları “xüsusi əməliyyat” adlandırmaqdan imtina edərək, ümumi səfərbərlik elan edə biləcəyini deyib./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026