• Bakı 26° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

İranda 175 nəfər koronavirusa yoluxdu

DÜNYA

03 Iyun 2022 | 00:15 | Müəllif: Subhan Mahmudov

İranda 175 nəfər koronavirusa yoluxdu

İranda ötən sutka ərzində 175 nəfər koronavirusa (COVID-19) yoluxub, ölüm halı qeydə alınmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 141 318 nəfər, yoluxanların sayı isə 7,23 milyondan çoxdur. Virus daşıyıcılarından 494 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 7,05 milyondan çox şəxs koronavirusdan sağalıb, 52,2 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 150 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,5 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 57,8 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 27,5 milyon təşkil edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026