Türkiyənin daha bir bölgəsində meşələrə giriş qadağan edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çanaqqala bələdiyyəsinin qərarında deyilir.
Qeyd olunub ki, bu gündən sentyabrın 15-dək vəzifəli şəxslər istisna olmaqla, meşələrə giriş qadağandır.
Bu, son günlərdə ölkə ərazisində meşə yanğınlarının baş verəcəyi və havanın temperaturu, həddindən artıq külək və aşağı rütubət kimi meteoroloji şərtlərlə əlaqələndirilib.
















