• Bakı 22° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Dünyada ilk Miniatür Kitab Muzeyindən FOTOREPORTAJ

CƏMİYYƏT

13 Avqust 2024 | 12:18

Dünyada ilk Miniatür Kitab Muzeyindən FOTOREPORTAJ

“İçərişəhər” Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən və dünyadakı ilk özəl Miniatür Kitab Muzeyi 2002-ci il aprelin 23-də təsis edilib.

Bakıvaxtı.az-ın məlumatına görə, Miniatür Kitab Muzeyində 76 ölkədən təxminən 8 000 miniatür kitab saxlanılır.

Qeyd edək ki, Muzeyin Naxçıvan, Gəncə və Şəkidə filialları mövcuddur.

2014-cü ildə muzey kolleksiyasının bir hissəsi - 2913 nadir miniatür kitab “Ginnes rekordlar kitabı”na daxil edilib.

Muzeydə ən qədim miniatür kitab 1672-ci ildə Səudiyyə Ərəbistanında çap olunan Quran nümayiş etdirilir. Ən kiçik ölçülü (22x17 mm) miniatür kitab isə “Мой Баку” kitabıdır.

Muzeydə 44 günlük Qarabağ müharibəsinə həsr edilmiş guşə yaradılıb. "Qarabağ Azərbaycandır!" adlı guşədə ulu öndər Heydər Əliyevin Qarabağ problemi ilə bağlı apardığı siyasi fəaliyyət və Prezident İlham Əliyevin çıxışları nəşr edilmiş miniatür kitablar yer alır. Həmçinin guşədə Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətini əks etdirən kitablar da yer alıb.

Muzeyə giriş ödənişsizdir.

Ziyarətçilər muzeyə daxil olaraq bələdçidən kitablar haqqında ətraflı məlumat əldə edə bilirlər.

Bakıvaxtı.az-ın Miniatür Kitab Muzeyindən fotoreportajını təqdim edirik.

Fatimə Əşrəfli


SON XƏBƏRLƏR

18 Sentyabr 2024