• Bakı 19° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Dünyada koronavirusa yoluxanların sayı 500 milyonu ötdü

DÜNYA

14 Aprel 2022 | 16:58

Dünyada koronavirusa yoluxanların sayı 500 milyonu ötdü

“Omicron”un yüksək yoluxucu alt variantı “BA.2”nin Avropa və Asiyanın bir çox ölkəsində artması ilə dünyada koronavirusa yoluxanların sayı 500 milyonu keçib.

Bakıvaxtı.az “Reuters”ə istinadən xəbər verir ki, “BA.2”nin artmasının əsas səbəbi Çində son artımlar, eləcə də Avropada yayılmış infeksiyalarla əlaqələndirilir.

COVID-19-un bu variantını digərləri ilə müqayisədə təsbit etmək çətin olduğundan bu, “gizli variant” adlandırılır.

Qeyd edək ki, Cənubi Koreya gün ərzində 182 mindən çox yeni yoluxma faktına görə qlobal miqyasda dünyada liderlik edir. (qafqazinfo)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026