• Bakı 20° C

    8.03 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Türkiyədən F-16 AÇIQLAMASI

DÜNYA

14 May 2022 | 11:52

Türkiyədən F-16 AÇIQLAMASI

ABŞ Konqresində F-16 qırıcılarının Türkiyəyə satışı ilə bağlı məsələlərə çox müsbət yanaşırlar.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Əfqan Ala ABŞ Konqresindəki görüşləri barədə danışarkən deyib.

“Türkiyənin müdafiə sənayesini gücləndirməyin NATO-ya da necə dəstək verəcəyi ilə bağlı müzakirələr apardıq. Eyni zamanda, regional və qlobal sülhə nə qədər tez dəstək verə biləcəyimizi onlarla paylaşdıq. Onlar da buna müsbət yanaşdıqlarını bildirdilər”, - partiya rəsmisi qeyd edib.

Ala vurğulayıb ki, Türkiyənin artan əhəmiyyətinin dünya getdikcə fərqindədir:

“Ankaranın problemlərə həlledici yanaşmasını təkcə biz deyil, həm də dünya görür. Bunu tərəfdaşlarımız da yüksək qiymətləndirir”.


SON XƏBƏRLƏR

19 Aprel 2024