• Bakı 14° C

    2.62 m/s

Putin Poklonskayanı vəzifəsindən azad etdi

DÜNYA

13 Iyun 2022 | 11:35

Putin Poklonskayanı vəzifəsindən azad etdi

Rusiya Prezidenti Vladimir Putin Natalya Poklonskayanı ölkənin Müstəqil Dövlətlər Birliyi məsələləri, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyinin (“Rossotrudniçestvo”) rəhbərinin müavini vəzifəsindən azad edib.

Bakıvaxtı.az “TASS”a istinadən xəbər verir ki, Putin bu barədə müvafiq sərəncam imzalayıb.

Xatırladaq ki, V. Putin N. Poklonskayanı Kabo-Verdedəki səfir vəzifəsindən azad edərək cari ilin fevral ayında bu vəzifəyə təyin etmişdi.

Qeyd edək ki, Nataliya Poklonskaya 2014-cü ildən Krımın prokuroru vəzifəsində çalışıb, 2016-cı ildən 2021-ci ilə qədər isə Dövlət Dumasının deputatı olub. Bununla belə, o, keçən il namizədliyini irəli sürməkdən imtina edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026