• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Avropa sərt qənaət rejiminə keçir

DÜNYA

13 Iyul 2022 | 01:36 | Müəllif: Qalib İbrahimoğlu

Avropa sərt qənaət rejiminə keçir

Avropada kommunal xidmətlərə görə ödənişlər sürətlə artmaqdadır. “Köhnə Dünya”ya təbii qaz nəqlinin azalması ilə əlaqədar, şəhərlər enerjiyə qənaət tədbirlərinə əl atmağa məcbur olurlar.

Bakıvaxtı.az-ın məlumatına görə, Azərtac  Avropa İttifaqının Statistika İdarəsinə istinadla xəbər verir ki, hazırda Aİ-də tikinti işlərinin qiymətləri son 50 ildə görünməmiş dərəcədə artmaqdadır. Buna görə indi bələdiyyələrin əsas məqsədi hər hansı üsullarla enerjiyə qənaət etməkdir. Bələdiyyələr ilk növbədə təbii qazın alternativ enerji ilə əvəz edilməsinə keçidi sürətləndirməlidirlər. Hamı ümid edir ki, budəfəki böhran, məsələn, hidrogen iqtisadiyyatında texnoloji sıçrayışa səbəb olacaq.

Hazırda bəzi Avropa şəhərlərinin bələdiyyələri enerjiyə fəal surətdə qənaət edirlər: hovuzlarda suyun temperaturu aşağı salınır, fontanlar söndürülür. İnzibati binalara yalnız soyuq su verilməsi, habelə qışda ofis binalarında temperaturun aşağı salınması planlaşdırılır.

Bu planları havalar soyuyana qədər həyata keçirmək mümkün olub-olmayacağını zaman göstərəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR