• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Cinayətkar polisdən gizlənmək üçün özünü oyuncaq ayı kimi göstərdi

DÜNYA

11 Avqust 2022 | 16:45 | Müəllif: Subhan Mahmudov

Cinayətkar polisdən gizlənmək üçün özünü oyuncaq ayı kimi göstərdi

İngiltərədə cinayətkar polisdən gizlənmək üçün özünü oyuncaq ayı kimi göstərsə də, həbs edilib.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, Coşua Dobson avtomobil oğurlayıb və axtarışa verilib.

Polis gözlənilməz ziyarətlə onun evinə gəldikdə isə cinayətkar insan ölçüsündəki ayı oyuncağının içərisində gizlənib.

Bununla belə, Coşua diqqətdən yayına bilməyib. Zabitlər oyuncaq ayının nəfəs almağa başladığını görüblər. Nəticədə o, həbs edilib.

Məhkəmə Dobsonu avtomobil oğurladığı və benzinin pulunu ödəmədən yanacaqdoldurma məntəqəsindən qaçdığına görə doqquz ay müddətinə azadlıqdan məhrum edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026