İsveç Türkiyə ilə qardaş ölkədə axtarışda olan şəxsin ektradisiyası barədə ilk razılığa gəlib.
Bakıvaxtı.az "Haber Global"a istinadla xəbər verir ki, Türkiyə tərəfindən dələduzluq ittihamı ilə qırmızı bülletenlə axtarılan 35 yaşlı şəxsin ölkəyə təhvil veriləcəyi bildirilib.
"Bu, adi bir vəziyyətdir" deyən İsveçin ədliyyə və daxili işlər naziri Morqan Yohansson Ali Məhkəmənin qərarını qiymətləndirib.
Bildirilib ki, 2011-ci ildən İsveçdə yaşayan və bu müddət ərzində sığınacaq üçün müraciət edən şəxs dələduzluq ittihamı ilə Türkiyədə 14 il həbs cəzası alıb.
Həmin şəxsin Türkiyəyə ekstradisiya edilməmək üçün xristianlığı qəbul etdiyi vurğulanıb.
















