Türkiyə ordusu İraqın şimalında iki PKK terrorçusunu zərərsizləşdirib.
Bakıvaxtı.az xəbər verir ki bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
Məlumata əsasən, terrorçular "Pençe-Kilit" antiterror əməliyyatı bölgəsində məhv edilib.
Nazirlik qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri bölgədə terrorun təzahürlərinə qarşı qətiyyətli mübarizəni davam etdirəcək.
















