• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Rusiyanın Ukraynaya raket hücumu müharibə cinayətidir” - Mişel

DÜNYA

10 Oktyabr 2022 | 19:52 | Müəllif: Subhan Mahmudov

“Rusiyanın Ukraynaya raket hücumu müharibə cinayətidir” - Mişel

Rusiyanın paytaxt Kiyevə və Ukraynanın digər şəhərlərinə qarşı dəhşətli hücumları Kremlin çarəsizliyini göstərir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel özünün “Twitter” səhifəsində yazıb.

O bildirib ki, bu hücumlar müharibə cinayətidir.

“Ukraynanı dəstəkləməyə və Rusiya rejimini məsuliyyətə cəlb etməyə davam edəcəyik” – Mişel vurğulayıb.

Qeyd edək ki, oktyabrın 10-da Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərini və digər vilayətləri raket atəşinə tutub. Nəticədə 11 nəfər ölüb, 87 nəfər yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026