• Bakı 9° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Britaniyanın baş nazirliyi postuna 8 namizəd - Siyahı

DÜNYA

12 Iyul 2022 | 22:40 | Müəllif: Subhan Mahmudov

Britaniyanın baş nazirliyi postuna 8 namizəd - Siyahı

Böyük Britaniyanın baş naziri və Mühafizəkarlar Partiyasının lideri seçilmək üçün səkkiz namizəd qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə çərşənbə axşamı parlament komitəsinin rəhbəri Qrem Bredi məlumat verib.

Partiyadaxili seçki kampaniyasında iştirak etmək üçün namizəd Mühafizəkarlar Partiyasındakı ən azı 20 həmkarının dəstəyini almalı idi. Ümumilikdə Britaniya parlamentinin İcmalar Palatasındakı Tori fraksiyasının 358 deputatı var.

İyulun 13-də keçirilməsi planlaşdırılan səsvermənin birinci turunda aşağıdakılar mübarizə aparacaq:

Keçmiş maliyyə naziri Rişi Sunak

Xarici İşlər Nazirliyinin rəhbəri Liz Trass

Ticarət nazirinin müavini Penni Mordont

Maliyyə naziri Nadim Zahavi

Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Ceremi Hant

Britaniya İcmalar Palatasının xarici əlaqələr komitəsinin rəhbəri, parlamentari Tom Tugendhat

İngiltərə və Uelsin baş prokuroru Sue-Ellen Braverman

Deputat Kemi Baydnock


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026