Bu gün Livanın paytaxtı Beyrutun Hamra rayonundakı Federal Bankın şöbəsinə basqın olub.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, banka basqın edən 42 yaşlı Bassam əl-Şeyx Hüseyn bankın 7-8 işçisini, eləcə də 2 müştərini girov götürüb.
Məlumata görə, Bassam Hüseyn banka girərkən 2-3 dəfə havaya təş açıb. Əlində qaz balonunun olduğu öyrənilən şəxs bankda dondurulmuş 200 min dolları ala bilməyəcəyi təqdirdə özünü yandıracağını açıqlayıb.
Əraziyə təhlükəsizlik qrupları göndərilib. Livan polisi mümkün əməliyyat üçün hazırlıqlara başlayıb.
Şübhəlinin qardaşı Atef əl-Şeyx Hüseynin də bank qarşısındakı kütlə arasında olduğu öyrənilib. O, "Qardaşım ləyaqətli adamdır, əclaf deyil. Əgər bank ona ailə xərcləri və atamızın xəstəxana xərcləri üçün lazım olan pulu qaytarsa, qardaşım təslim olar" deyib.
Aytac Aslan

















