Türkiyənin Van şəhərinin Tuşba rayonunda 5 bal gücündə zəlzələ olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Böyükşəhər Bələdiyyəsinin sədr müavini Ozan Balcı indiyə qədər onlara heç bir neqativ məlumat verilmədiyini bildirib.
















