• Bakı 21° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Rusiya Barentsdə təlimlərə başladı

DÜNYA

12 Iyul 2022 | 21:31 | Müəllif: Subhan Mahmudov

Rusiya Barentsdə təlimlərə başladı

Rusiya Barents dənizində sualtı qayıqlarla mübarizə ilə bağlı taktiki təlimlərə başlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Şimal Donanmasının mətbuat xidməti məlumat yayıb.

“Şimal Donanmasının “Junqa” və “Brest” kiçik sualtı əleyhinə gəmiləri gəmi axtarışı və zərbə qrupunun tərkibində planlaşdırılmış döyüş hazırlığı fəaliyyətlərini hazırlamaq üçün Barents dənizinə daxil olub. Qrup şərti düşmən sualtı qayığını axtarmaq və məhv etmək üçün sınaq-taktiki təlim keçirməyə başlayıb”, - məlumatda deyilir.

Təlimlər bir neçə mərhələdə keçiriləcək, sualtı qayıqlara qarşı aviasiya və hava hücumundan müdafiə qüvvələri də iştirak edəcək.(axar.az)

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026