Rusiyanın Marhanetsə hücumu nəticəsində 13 nəfər ölüb, 10-dan çox adam yaralanıb, 5 nəfərin vəziyyəti ağırdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski müharibənin168-ci günündə xalqa müraciətində deyib.
Ukrayna Silahlı Qüvvələri, kəşfiyyat və hüquq-mühafizə qüvvələrinin Rusiyanın Dnepropetrovsk bölgəsini bombalamasını cavabsız qoymayacağını bildirən Zelenski qeyd edib ki, Rusiya əsgərləri “Qrad” raketləri ilə hücuma keçib.
"Silahlarımız nə qədər güclü olarsa və onların istifadə dairəsi nə qədər geniş olarsa, bu amansız müharibə bir o qədər tez bitər”, - deyə Vladimir Zelenski bəyan edib.
Aytac Aslan
















