• Bakı 24° C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Daha bir ölkəyə giriş şərtləri yüngülləşdirildi

DÜNYA

13 Iyun 2022 | 01:30 | Müəllif: Qalib İbrahimoğlu

Daha bir ölkəyə giriş şərtləri yüngülləşdirildi

Amerika Birləşmiş Ştatları ölkəyə gələnlər üçün koronavirusun olması üçün məcburi testləri ləğv etdi.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici KİV Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Federal Mərkəzlərin (CDC) müvafiq əmrinə istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı sərəncam iyunun 12-də ABŞ-ın şərq sahili vaxtı ilə saat 00:01-də (Bakı vaxtı ilə 08:01) qüvvəyə minib. Bildirilib ki, bundan sonra başqa ölkələrdən Birləşmiş Ştatlara gələn sərnişinlərdən təyyarəyə minməzdən əvvəl mənfi COVID-19 test nəticəsi və ya toxunulmazlığı təsdiq edən sənəd təqdim etmək tələb olunmayacaq.

"ABŞ vətəndaşlığı və ya miqrasiya vizası olmayanlardan isə hələ də peyvənd sertifikatı tələb olunur", - deyə məlumatda vurğulanıb.

Ramid


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR