• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Dünyada koronavirusa yoluxma və ölüm sayı yenidən artdı

DÜNYA

28 Oktyabr 2021 | 21:24

Dünyada koronavirusa yoluxma və ölüm sayı yenidən artdı

Dünyada COVID-19 virusuna yoluxma halları və virusdan ölənlərin sayı son iki ay ərzində ilk dəfədir ki, artmağa başlayıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus brifinqdə bildirib.

Bunu Avropada qeydə alınan artımın başqa regionlardakı azalmanı üstələməsi ilə izah edən təşkilat rəhbəri əlavə edib:

“Hazırkı rəqəmlər COVID-19 pandemiyasının başa çatmasını söyləməyin hələ çox tez olduğunu göstərir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026