• Bakı 26° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

FETÖ-nun daha 44 üzvü HƏBS EDİLDİ

DÜNYA

27 Noyabr 2021 | 17:30 | Müəllif: Subhan Mahmudov

FETÖ-nun daha 44 üzvü HƏBS EDİLDİ

Türkiyədə FETÖ terror təşkilatına qarşı əməliyyatlar davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, İzmir Baş Prokurorluğu tərəfindən FETÖ-nun Türkiyə ordusundakı gizli strukturlarına qarşı aparılan əməliyyatlar çərçivəsində 96 nəfər saxlanılıb.

Şübhəlilərdən 9-u dəlil yetərsizliyi, 2-si səhhətindəki problemlərə görə, 26-sı isə “faydalı məlumatlar” verdiyi üçün sərbəst buraxılıb.

Ədliyyəyə göndərilən 59 şübhəlidən 44-ü barəsində isə həbs qəti imkan tədbirləri seçilib. Digər 15 nəfərə isə yaşadıqları ərazini tərk etməmək barədə göstəriş verərək sərbəst buraxıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026