“Hazırkı pandemiya bəşəriyyət üçün sonuncu olmayacaq, yenilərinin yaranmasına hazırlaşmaq lazımdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Beynəlxalq epidemiyaya qarşı hazırlıq Günü münasibətilə "Twvitter" hesabında yazıb.
Onun sözlərinə görə, mövcud səhiyyə sistemindəki böhranı həll edərkən sonrakı birinə hazırlaşmalıyıq: “Beynəlxalq epidemiyaya qarşı hazırlıq günündə gəlin bu məsələyə zəruri olan diqqəti və sərmayəni əsirgəməməyək”.
Qeyd edək ki, BMT Baş Assambleyası ötən il epidemiyaların qarşısının alınması, hazırlığın artırılması və onlarla mübarizədə səylərin birləşdirilməsi probleminə diqqəti cəlb etmək məqsədilə Beynəlxalq Epidemiyaya Qarşı Hazırlıq Gününün təsis edilməsi haqqında qətnamə qəbul edib. Dekabrın 27-si Beynəlxalq Epidemiyaya Qarşı Hazırlıq Günü kimi qeyd olunur.
















