İsrail Prezidenti İshaq Hersoq yanvarın 30-u Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərə gedəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İ.Hersoqun mətbuat xidmətindən bildiriblər.
"İsrail dövlətinin prezidenti tarixdə ilk dəfə Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək. 30 və 31 yanvar 2022-ci il tarixlərində baş tutacaq səfər zamanı prezident Əbu-Dabi Əmirliyinin vəliəhdi Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşəcək", - deyə məlumatda deyilir.
Qeyd edilib ki, İ.Hersoq həmçinin Əbu-Dabi və Dubaya səfər edəcək, burada rəsmi görüşlər keçirəcək. Səfər çərçivəsində prezident BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhyan, BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Məhəmməd bin-Rəşid Al Maktum və yəhudi icmasının nümayəndələri ilə görüşəcək./trend/
















