Rusiyaya məxsus An-26 təyyarəsi hərbi texnikanın daşınması üçün planlaşdırılmış uçuş zamanı Voronej vilayətində qəzaya uğrayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Qərb Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Qəza zamanı ekipaj üzvləri ölüb.
Bildirilib ki, ilkin məlumata görə, qəzaya səbəb avadanlıqların sıradan çıxması olub.
Qəzanın səbəblərini və şəraitini müəyyən etmək üçün qəza yerinə komissiya göndərilib.(axar.az)
















