• Bakı 21° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

"61 Ukrayna əsgəri könüllü təslim olub" - Rusiya MN

DÜNYA

26 Mart 2022 | 21:16 | Müəllif: Subhan Mahmudov

"61 Ukrayna əsgəri könüllü təslim olub" - Rusiya MN

Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevin Nikolaevka rayonundakı Ukrayna ordusunun komanda mərkəzinə nəzarəti ələ keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukrayna əsgərlərinin müqavimət göstərmədiyi, əksəriyyəti yüksək rütbəli əsgərlər olmaqla ümumilikdə 61 Ukrayna əsgərinin könüllü olaraq Rusiya ordusuna təslim olduğu bildirilib.

Ukrayna əsgərlərinin ərzaq çatışmazlığı səbəbindən təslim olduğunu açıqlayan Rusiya Müdafiə Nazirliyi, “Sursat və ərzaq çatışmazlığı səbəbindən əsgərlər kütləvi şəkildə silahlarını yerə qoydular. Döyüş zamanı silahlarını yerə qoyan bütün əsgərlər təxliyyə edilib, ehtiyacı olanlara tibbi yardım edilib, bütün Ukrayna əsgərlərinə yemək verilib”, - deyə qeyd edib.  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR