• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Solovyova sui-qəsd planlaşdıran dəstə üzvləri saxlanıldı

DÜNYA

25 Aprel 2022 | 16:03

Solovyova sui-qəsd planlaşdıran dəstə üzvləri saxlanıldı

“Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları rusiyalı jurnalist Vladimir Solovyova qarşı sui-qəsd planlaşdıran bir qrup neonasisti saxlayıb”.

Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi yayıb.

Ölkənin hüquq-mühafizə orqanlarının məlumatına görə, qruplaşma sui-qəsdlə bağlı tapşırığı Ukrayna Silahlı Qüvvələrindən alıb.

“Saxlanılan şəxslər “National Socialism/White Power” neonasist terror təşkilatının üzvləridir və Rusiya vətəndaşlarıdır”, - deyə məlumatda qeyd olunub.

Qruplaşma üzvləri dindirilmə zamanı bildiriblər ki, Solovyovu qətlə yetirdikdən sonra Rusiyanı tərk etməyi və başqa ölkədə gizlənməyi planlaşdırıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026