• Bakı 13° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Karantinlə bağlı cərimələr ləğv edilir

DÜNYA

25 May 2022 | 11:01

Karantinlə bağlı cərimələr ləğv edilir

Rusiyanın paytaxtı Moskva şəhərinin meri Sergey Sobyanin karantin qaydalarının pozulmasına görə tətbiq olunan cərimələrin yığılmasının dayandırılacağını bildirib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Vətəndaşların real gəlirlərində azalma müşahidə edirik. Ona görə mən də COVİD amnistiyası elan etmək qərarına gəldim. Moskvanın icra hakimiyyətləri karantin qaydalarının pozulmasına görə təyin edilmiş, ancaq ödənilməmiş cərimələrin toplanması üzrə fəaliyyəti dayandıracaqlar", - Sobyanin qeyd edib.

O əlavə edib ki, COVID-19 dövründə təcrid rejiminə əməl edilməməsi istisna olmaqla, karantin qaydalarının pozulmasına görə Moskva şəhərinin icra hakimiyyətləri və tabeliyindəki qurumlar tərəfindən tətbiq olunmuş cərimələr amnistiyaya düşür.

Məlumata görə, Moskva hakimiyyəti karantin qaydalarının pozulmasına görə ümumilikdə, təxminən 13,6 milyard rubl cəriməni toplamağı və ya geri qaytarmağı amnistiya tətbiq edildikdən sonra dayandıracaq.

Qeyd olunub ki, amnistiya 2022-ci il iyunun 1-dən qüvvəyə minir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026