• Bakı 21° C

    3.22 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

15 ildə bir ilk: Çavuşoğludan İsrailə kritik səfər

DÜNYA

25 May 2022 | 14:52

15 ildə bir ilk: Çavuşoğludan İsrailə kritik səfər

Dünən Fələstinə səfərindən sonra xarici işlər naziri Mövlud Çavuşoğlu da bu gün İsrailə səfər edib. Nazir Çavuşoğlu İsrailin xarici işlər naziri Yair Lapid ilə ikitərəfli və heyətlərarası görüşlər keçirib.

Bakıvaxtı.az xəbər verir ki, görüşlərdən sonra kameralar qarşısına keçən nazirlər gündəmlə bağlı diqqətçəkən qiymətləndirmələr ediblər.

Mətbuat konfransında ilk olaraq çıxış edən İsrailin xarici işlər naziri Yair Lapid, “Türkiyə xarici işlər nazirinin son 15 ildə ilk səfərindən sonra təkcə diplomatik təhlükəsizlik əlaqələri deyil, həm də iqtisadi əlaqələrimiz baxmından münasibətlərimizdə irəliləyişin olduğunu gördük".

Xarici işlər naziri Mövlud Çavuşoğlu isə "Nazirlə çox səmimi görüşümüz oldu. Münasibətinə görə təşəkkür edirik. Fərqlərimizə baxmayaraq, davamlı dialoq faydalı olacaq. Bu təkcə bizim üçün vacib deyil, bölgədəki sülh üçün də önəmlidir" deyib.

Qeyd edək ki, Türkiyədən İsrailə sonuncu xarici işlər naziri səviyyəsində səfər 2007-ci ildə o vaxtkı xarici işlər naziri Əli Babacan tərəfindən edilib.

2009-cu ildə Davos böhranı və 2010-cu ildə “Mavi Mərmərə” böhranı səbəbindən iki ölkə arasında gərginlik artıb, 2018-ci ildə diplomatik nümayəndəlik müvəqqəti işlər vəkili səviyyəsinə enib.

2021-ci ildə prezident Rəcəb Tayyib Ərdoğan və İsrail prezidenti İsaak Hersoq arasında telefon danışıqları ilə başlayan təmir prosesi, Hersoqun mart ayında Ankaraya səfəri ilə daha da sürətlənib.

Ramid İbrahimov

 

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026