• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Brifinq zamanı Bayden təsadüfən “şparqalka”sını nümayiş etdi - VİDEO

DÜNYA

24 Iyun 2022 | 13:37

Brifinq zamanı Bayden təsadüfən “şparqalka”sını nümayiş etdi - VİDEO

ABŞ prezidenti Co Bayden Ağ Evdə brifinq zamanı təsadüfən “şparqalka”sını nümayiş edib.

Bakıvaxtı.az xəbər verir ki, jurnalistlərin yanında necə davranmalı olduğuna dair tövsiyələrin yer aldığı vərəqədə oturmaq da daxil olmaqla hər xırda addım qeydə alınıb:

- Ruzvelt zalına girib iştirakçıları salamlayın;

- Yerinizdə oturun;

- Mətbuat daxil olur;

- Qısa şərhlər verin (2 dəqiqə);

- Mətbuat gedir;

- Liz Şulerə sual vermək (qeyd: Liz distant qoşulacaq);

- İştirakçılara təşəkkür edin;

- Otaqdan çıxın.

Sosial şəbəkələrdə bu kadrlar çoxsaylı müzakirələrə səbəb olub. Bəzilərinin fikrincə köməkçilər siyahıda “vərəq heç bir şəkildə jurnalistlərə göstərilməməlidir” kimi ən vacib bəndi unudublar.


Brifinq zamanı Bayden təsadüfən “şparqalka”sını nümayiş etdi - VİDEOBrifinq zamanı Bayden təsadüfən “şparqalka”sını nümayiş etdi - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026